Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
1994-cü il təvəllüdlü Nəsirov Orxan Vaqif oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bud nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır