​Bakıda 25 manat borca görə tanışını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb

​Bakıda 25 manat borca görə tanışını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanıb
Hadisə
27 Aprel , 2016 15:22
​Bakıda 25 manat borca görə tanışını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Ruslan Mikayılov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanıb. R.Mikayılovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Sabunçu rayonunda baş verib. R.Mikayılov tanışı Məhərrəm Abdullayevdən 25 manat borc pul alıb. Borcunu geri istəyən M.Abdullayevə R.Mikayılov pulunun olmadığını bildirib. Daha sonra M.Abdullayev R.Mikayılova söyüş söyüb. R.Mikayılov bıçağa əl atıb. Xəstəxanaya çatdırılan M.Abdullayevin həyatını xilas etmək mümkün olub. R.Mikayılov polis əməkdaşları tərəfindən saxlanıb.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunub.

2016-cı il fevral ayının 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi