Yuxarı

Bakıda 25 manat borca görə tanışını bıçaqlayan şəxs apellyasiya şikayəti verib

İlkin hazırlıq iclası aprelin 12-nə təyin edilib

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Ruslan Mikayılov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası aprelin 12-nə təyin edilib.

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ildə Sabunçu rayonunda baş verib. R.Mikayılov tanışı Məhərrəm Abdullayevdən 25 manat borc pul alıb. Borcunu geri istəyən M.Abdullayevə R.Mikayılov pulunun olmadığını bildirib. Daha sonra M.Abdullayev R.Mikayılova söyüş söyüb. R.Mikayılov bıçağa əl atıb. Xəstəxanaya çatdırılan M.Abdullayevin həyatını xilas etmək mümkün olub. R.Mikayılov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. 2016-cı il fevral ayının 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi