“Sevmirəm” cavabına görə qızı öldürən şəxsə 19 il həbs cəzası verilib

“Sevmirəm” cavabına görə qızı öldürən şəxsə 19 il həbs cəzası verilib Keçmiş məhkuma hökm oxunub
Hadisə
14 Noyabr , 2016 14:34
“Sevmirəm” cavabına görə qızı öldürən şəxsə 19 il həbs cəzası verilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətl hadisəsi 2016-ci ilin yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbəsi endirərək onu qətlə yetirilib. Hadisə yerindən qaçan C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəllərdə məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib.

Son xəbərlər

Orphus sistemi