Bakıda 24 yaşlı oğlan bıçaqlanıb

Bakıda 24 yaşlı oğlan bıçaqlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
16 Oktyabr , 2015 13:10
Bakıda 24 yaşlı oğlan bıçaqlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Belə ki, A.Qurban küçəsində 1991-ci il təvəllüdlü Xəqani Ağaisa oğlu Günəşov həmyaşıdı Kamil Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirib.

Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) və 37-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Günəşov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi