Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Fuad Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı
Qeyd edək ki, hadisə bu ilin may ayında Yasamal rayonu ərazisində baş verib.
F.Hüseynov rayonun Zərgərpalan küçəsi, 87 ünvanında 1995-ci il təvəllüdlü Nəzərov Əbülqasım İlyas oğlunu bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və təcili əməliyyat edilib.
F.Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.