Bakıda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 24 yaşlı Nuranə Əliyeva Zabrat qəsəbəsində naməlum şəxs tərəfindən döyülüb.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.