Yuxarı

​Bakıda 25 yaşlı oğlanı qətlə yetirən şəxslərin hər birinə 18 il həbs cəzası verilib

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbəsinin sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi