Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs məhkəmə zalından həbs edilib

Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs məhkəmə zalından həbs edilib Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Əvəz Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
29 Mart , 2019 10:31
Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs məhkəmə zalından həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Əvəz Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Rzayevin barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. Həmin ərazidə 1997-ci il təvəlüdlü Nicar Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olub.

Həyata keçirilən tədbirlər nəticəsində ona bıçaq xəsarəti yetirən şəxsin 1960-cı il təvəllüdlü Ə.Rzayev olması müyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi