Yuxarı

Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsin məhkəməsi başlayıb

​Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədriyi ilə keçirilən iclasda anket məlumatları təqisləşdirilib. Baxış iclası iyulun 24-də keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib.

1998-ci il təvəllüdlü Zaman Qərib oğlu Rüstəmov çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Orxan Elxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.

O.Əliyevə əvvəlcə Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra onun əməli 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi