Bakıda gənc bacısını qaçıran qohumunu qətlə yetirib - YENİLƏNİB

Bakıda gənc bacısını qaçıran qohumunu qətlə yetirib - YENİLƏNİB Həmin şəxs könüllü şəkildə polisə təslim olub
Hadisə
27 Sentyabr , 2016 11:56
Bakıda gənc bacısını qaçıran qohumunu qətlə yetirib - YENİLƏNİB

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, qətl hadisəsi Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən körpünün üzərində baş verib.

Məlumata görə, 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.

Qeyd edək ki, qətlə yetirən və qətlə yetirilən Ağdam rayonundan məcburi köçkün düşən şəxslərdir.

*** ilk xəbər saat 11:01-də yayımlanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayon ərazisində 1995-ci il təvəllüdlü Nurlan Quliyev dayısı oğlu 24 yaşlı Mahir Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb.

M.Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

N.Quliyev isə könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi