Bakıda 21 gün əvvəl vurulan piyada xəstəxanada ölüb

Bakıda 21 gün əvvəl vurulan piyada xəstəxanada ölüb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
31 Yanvar , 2018 08:14
Bakıda 21 gün əvvəl vurulan piyada xəstəxanada ölüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Mərkəzi Klinikada ölüm hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, yanvarın 10-da avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib.

1959-cu il təvəllüdlü Mehbalıyev Qələndər Mahmud oğlunun Mərkəzi Klinikada hər iki ayağı amputasiya edilib. Lakin həkimlərin səyinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Q. Mehbalıyev Sabunçu rayonu, Zabrat qəsəbəsində yolu keçmək istəyən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan sonradan Mərkəzi Kliniya aparılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi