Bakıda 200 dollar satan şəxs 148 manat cərimələnib

Bakıda 200 dollar satan şəxs 148 manat cərimələnib Məlumatı Daxili İşlər Nazirliyi yayıb
Hadisə
26 Dekabr , 2016 11:33
Bakıda 200 dollar satan şəxs 148 manat cərimələnib

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda qanunsuz dollar satışı ilə məşğul olan şəxs cərimələnib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qnyaz Mamedov rayon ərazisində 200 ABŞ dollarını qanunsuz satdığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 148 manat cərimə edilib.

Son xəbərlər

Orphus sistemi