Yuxarı
    Bağlamaq

    Bakıda 20 yaşlı oğlan elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb

    Faktla bağlı cinayət işi başlanılıb

    Bakı. 16 iyun. REPORT.AZ/ Bakıda evlənmək istəyən oğlan onun elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb.

    “Report” xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1997-ci il təvəllüdlü Həsən Məhəmmədzadə Lənkəran rayon sakini, qızını ona verməyən Mehman Əliyevin Mərdəkan qəsəbəsindəki evinə hücum edərək onu və qardaşını döyüb.

    Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi