Bakıda 20 yaşlı oğlan bıçaqlanıb

Bakıda 20 yaşlı oğlan bıçaqlanıb O, dava zamanı ayağından iki bıçaq zərbəsi alıb
Hadisə
18 Aprel , 2018 00:45
Bakıda 20 yaşlı oğlan bıçaqlanıb
Foto: "Report"

Bakı. 18 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1998-ci il təvəllüdlü Babayev Nurlan Natiq oğlu tanışı ilə dava edib.

Nəticədə onun ayağına iki bıçaq zərbəsi vurulub. Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya aparılıb.

Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi