İyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Nərimanov rayon prokurorluğundan məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunu öldürməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.