Paytaxtda 20 yaşlı gənc iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Paytaxtda 20 yaşlı gənc iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb Zərərçəkmiş xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
8 İyul , 2017 08:48
Paytaxtda 20 yaşlı gənc iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb
Foto: Report.az

Bakı. 8 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Kazımağa Kərimov küçəsində 1997-ci il təvəllüdlü Zeynallı Kənan Əflatun oğlu iki nəfərlə mübahisə edib.

Nəticədə o, döyülərək üz və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkmiş xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi