Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıblar

Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıblar Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
22 Avqust , 2019 12:06
Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıblar

Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 20-də baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar. 

Son xəbərlər

Orphus sistemi