Bakıda dələduzluq edən əcnəbinin yaşadığı evdən kimyəvi maddələr aşkar edilib

Bakıda dələduzluq edən əcnəbinin yaşadığı evdən kimyəvi maddələr aşkar edilib Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
9 Fevral , 2017 12:05
Bakıda dələduzluq edən əcnəbinin yaşadığı evdən kimyəvi maddələr aşkar edilib

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda əcnəbi vətəndaş 20 min dolları 40 min dollara çevirəcəyini vəd verərək dələduzluq edib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş Aurelien Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20.000 ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40.000 ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi