Bakıda 20 min dolları 40 min dollara çevirəcəyini deyərək dələduzluq edən xarici vətəndaş məhkəmədə ifadə verib

Bakıda 20 min dolları 40 min dollara çevirəcəyini deyərək dələduzluq edən xarici vətəndaş məhkəmədə ifadə verib Məhkəmənin növbəti prosesi iyunun 5-nə təyin edilib
Hadisə
23 May , 2017 15:17
Bakıda 20 min dolları 40 min dollara çevirəcəyini deyərək dələduzluq edən xarici vətəndaş məhkəmədə ifadə verib
Report

Bakı. 23 may REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

V.Aurelie ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini söyləyib. O deyib ki, zərərçəkmiş Məmməd Məmmədovu əvvəlcədən tanıyıb və onun mənzilində kirayədə yaşayıb: "O pulu mən yox, mənim yerlim Luma Kables alıb. Məmməd pulu Lumaya verib və o da bu ilin yanvar ayından Bakıdan getdi. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı. Mən onunla Bakıda həmyerlim kimi tanış olmuşdum".

V.Aurelienin sözlərinə görə, ona 20 min dollar verilməyib: "İttihamda yazılanları mən etməmişəm. Anam bu xəbəri eşidəndən sonra dünyasını dəyişdi. 4 yaşında övladım var".

Məhkəmənin növbəti prosesi iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, bu il fevralın 9-da Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş A.Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20 min ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40 min ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi