Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.
Hadisə
16 İyul , 2021 00:13
Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü

Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi