Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb.
“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi və Səbail rayonları ərazisində baş verib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi və
Bundan başqa, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü Ə.Abdullazadə saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 125 qram “Tramadol” və 165 qram metamfetamin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.