Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb Onların hər ikisi başından ağır küt alət xəsarəti alıb
Hadisə
21 İyul , 2017 04:55
Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb
Report.az

Bakı. 21 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda kütləvi dava zamanı 2 qardaş ağır xəsarət alıb.

"Report" xəbər verir ki, Sulutəpə qəsəbəsində yerləşən Ruslan Allahverdiyev küçəsində 1991-ci il təvəllüdlü Sərxanov Elvin Nazim oğlu və 1985-ci il təvəllüdlü Sərxanov Daşqın Nazim oğlu qohumları ilə söyüş üstündə mübahisə edib.

Nəticədə hər iki qardaş küt alətlə döyülərək ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi