Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölüb

Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölüb Hadisə Suraxanı rayonunda qeydə alınıb
Hadisə
17 Mart , 2016 01:31
Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölüb

Bakı. 17 mart. REPORT.AZ/ Bakı şəhərinin Suraxanı rayonunda 2 vətəndaş mərmər lövhələr altında qalaraq vəfat edib.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndiriblər. Məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşmış və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar. 

Xilasedicilər mərmərləri kəsərək ayırmış və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:14-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi