Bakıda 2 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub

Bakıda 2 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
26 Aprel , 2017 16:32
Bakıda 2 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vahid Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Eyvazov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daxil olan şikayət əsasında Eyvazov Vahid Oqtay oğlunna ittiham irəli sürüb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İttihama aktına əsasən, V.Eyvazov digər şəxslərlə əlbir olaraq "Dağlar" MTK-da vəzifəsindən sui-istifadə edərək, eyni mənzili 5-6 nəfər vətəndaşa satıb.

Son xəbərlər

Orphus sistemi