Bakıda iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Bakıda iki avtomobil toqquşub, bir nəfər yaralanıb Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Reportun məlumatına görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Hadisə
27 Avqust , 2019 01:09
Bakıda iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili Hava Limanı istiqamətində hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yol kənarında dayanmış vəziyyətdə olan "Range Rover" markalı minik avtomovbilinə çırpılıb.

Qəza zamanı "Mercedes"də olan sərnişin, 1956-cı il təvəllüdlü Mustafayeva Gülsəfa Qarakişi qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi