Bakıda 19 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb

Bakıda 19 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Dekabr , 2016 12:01
Bakıda 19 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda 44 yaşlı qadını avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü İsayeva Mətanət Şaban qızını "Toyota" markalı avtomobil vurub. M.İsayeva hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən "Toyota" markalı avtomobilin sürücüsü 19 yaşlı Əhmədov Xanməmməd saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi