​Bakıda 19 yaşlı gəncə 10 il 8 ay həbs cəzası verilib

​Bakıda 19 yaşlı gəncə 10 il 8 ay həbs cəzası verilib “Peşmanam, amma nə fayda?!”
Hadisə
9 Sentyabr , 2015 17:57
​Bakıda 19 yaşlı gəncə 10 il 8 ay həbs cəzası verilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 1996-cı il təvəllüdlü Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə F.Rəcəbzadə dindirilib.

Təqsirləndirilən Fuad Rəcəbzadə gənc olmasının nəzərə alınmasını istəyib: "Xahiş edirəm ki, gənc olmağımı nəzərə alasınız. Düzdür, peşmanam, amma nə fayda?! Artıq gecdir".

Daha sonra hakimlər müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub.

Beləliklə, məhkəmənin hökmü ilə Fuad Rəcəbzadə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fuad Rəcəbzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunurdu.

Xatırladaq ki, F.Rəcəbzadə keçən ilin noyabr ayında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dağıstan küçəsində yaşayan Rafiq Məmmədova çoxsaylı bıçaq xəsarəti yetirməkdə şübhəli bilinərək tutulub.

Son xəbərlər

Orphus sistemi