Bakıda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb - FOTO

Bakıda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb - FOTO Rəşad Zeynalov xəstəxanaya yerləşdirilib
Hadisə
22 Dekabr , 2017 04:20
Bakıda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb - FOTO
"Report"

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakının mərkəzində 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Səbail Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, Nizami küçəsində 1998-ci il təvəllüdlü Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə bağlı hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdirirmiş. 

Bu zaman 3 naməlum oğlan mobil telefonla həmin qızın fotosunu çəkirmiş. Bundan əsəbləşən R.Zeynalov onlarla mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinənlər ərazidən qaçarkən Səbail RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları onlardan birini saxlaya bilib. Digər şəxslər axtarışdadır.

Son xəbərlər

Orphus sistemi