Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri ilə birgə sabiq polis əməkdaşı da ittiham olunur

Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri ilə birgə sabiq polis əməkdaşı da ittiham olunur Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hadisə
23 Oktyabr , 2018 10:52
Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri ilə birgə sabiq polis əməkdaşı da ittiham olunur

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasına gəlməyən A.Əliyevin anket məlumatları dəqiqləşdirilib. O, sabiq polis əməkdaşı olduğunu bildirib.

Daha sonra qeyd edilib ki, A.Əliyevanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. Məhkəmə onun həbs müddətini artırılması barədə qərar çıxarıb.

Təqsirləndirilən şəxsin vəkili cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 30-dək təxirə salınıb.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi