Yuxarı
    Bağlamaq

    Bakıda 18 yaşlı oğlan küt alətlə döyülüb

    Hadisə Xətai rayonunda baş verib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda 18 yaşlı oğlan evdən çölə çağırılaraq küt alətlə döyülüb.

    "Report"un xəbərinə görə, hadisə Xətai rayonu, Yavər Əliyev küçəsi 4 ünvanında baş verib. 

    Belə ki, 1998-ci il təvəllüdlü Cəbrayılov Tayhan Dilafət oğlunun mobil telefonuna zəng edən tanışları onu evdən həyətə çağırıblar. Evdən çıxan T.Cəbrayılov qəfildən iki tanışının hücumuna məruz qalıb. Küt alətlə döyülən gəncin üz çənə sümüyü sınıb.

    T.Cəbrayılov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi