Yuxarı

Bakıda 18 yaşlı oğlan bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda 18 yaşlı oğlan bıçaqlanıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, A.Heydərov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nicat Muradova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Muradov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi