Bakıda 18 yaşlı dizayneri iş yerində elektrik cərəyanı vuraraq öldürüb

Bakıda 18 yaşlı dizayneri iş yerində elektrik cərəyanı vuraraq öldürüb Hazırda iş üzrə istintaq davam etdirilir
Hadisə
468
18 May , 2021 09:46
Bakıda 18 yaşlı dizayneri iş yerində elektrik cərəyanı vuraraq öldürüb
0 : 00
0 : 00

Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi