Yuxarı

Bakıda 17 yaşlı qızı vurub öldürən avtobus sürücüsünün məhkəməsi keçirilib

​Bakıda 17 yaşlı qızı vurub öldürən sürücünün məhkəməsi

61

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Səfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası 2020-ci il yanvarın 9-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Sabunçu rayonu ərazisində baş verib. Ramana qəsəbəsində 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Maarif qızını vurub. Kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu ilə xəstəxanaya yerləşdirilən F.Vəliyeva dünyasını dəyişib.

Avtobusun sürücüsü S.Səfərova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi