Yuxarı
    Bağlamaq

    Bakıda 17 yaşlı oğlan söyüşə görə bıçaqlanıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 28 mart. REPORT.AZ/ Bakıda gənc oğlanın kürəyinə 4 bıçaq zərbəsi vurulub.

    "Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Quluzadə Aydın Adil oğlu tanışı (hələlik adı açıqlanmır) ilə mübahisə edib. Bu zaman tanışı A.Quluzadənin kürək nahiyəsinə 4 bıçaq zərbəsi vurub və hadisə yerindən qaçıb. A.Quluzadə xəstəxanaya yerləşdirilib.

    Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin izinə düşüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi