Bakıda 17 yaşlı oğlan bıçaqlanıb

Bakıda 17 yaşlı oğlan bıçaqlanıb Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
21 Aprel , 2019 00:06
Bakıda 17 yaşlı oğlan bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2002-ci il təvəllüdlü Vəliyev Kənan qarın boşluğunun dəlib keçən yarası ilə əvvəlcə Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, oradan isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Xəstəni əməliyyat edən cərrah Sadıqov Səbuhinin bildirdiyinə görə, yeniyetmə xəstəxanaya qarının ön divarında üç ədəd kəsilmiş-deşilmiş yara ilə daxil olub. Yaralardan ikisi xəstənin qarın boşluğuna nüfuz edib.

Hadisənin hansı zəmində törədildiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi