Bakıda 17 yaşlı gənci küçədə bıçaqla hədələyən şəxs saxlanılıb

Bakıda 17 yaşlı gənci küçədə bıçaqla hədələyən şəxs saxlanılıb Bakıda 17 yaşlı gənc küçədə bıçaqla hədələnib.
Hadisə
27 Noyabr , 2019 11:35
Bakıda 17 yaşlı gənci küçədə bıçaqla hədələyən şəxs saxlanılıb

Bakıda 17 yaşlı gənc küçədə bıçaqla hədələnib.

“Report”un xəbərinə görə, hadisə noyabrın 22-də paytaxtın Nərimanov rayonu Təbriz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü H.Ağayev günorta saatlarında naməlum şəxs tərəfindən bıçaqla hədələnərək mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.

Daha sonra gənc hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü İ.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi