Bakıda 16 yaşlı yeniyetməni avtomobil vurdu

Bakıda 16 yaşlı yeniyetməni avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
259
5 Fevral , 2021 22:12
Bakıda 16 yaşlı yeniyetməni avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Nəsimi metrosunun yaxınlığında 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yeniyetmə həkim nəzarətinə götürülüb.

Son xəbərlər

Orphus sistemi