Bakıda 16 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakıda 16 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəmil Atabalayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
11 yanvar 2020 12:01
Bakıda 16 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəmil Atabalayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə sentyabr ayında Xətai rayonu, "Ukrayna" dairəsi yaxınlığında baş verib. 1990-cı il təvəllüdlü C.Atabalayev idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən C.Atabalayevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi