Bakı. 11 dekabr.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu qətlə yetirib.
Məlum olub ki, V.Əlizadə K.Quliyevi pul mübahisəsinə görə bıçaqlayaraq öldürüb.
Belə ki, hər iki şəxs fəhləçiliklə məşğul olab və 23 yaşlı K.Quliyev tanışında bir müddət əvvəl borc pul alıb. Borcun məbləği isə 150 manat olub. Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Tanışların pul mübahisəsi daha sonra davaya keçib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb.
Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.
Onlar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham olunurlar.