Bakı
"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Əliyevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2017-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu qətlə yetirib.
Məlum olub ki, V.Əlizadə K.Quliyevi 150 manat pula görə bıçaqlayaraq öldürüb.
Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Əliyev apellyasiya şikayəti verib.