Bakıda 15 min manatlıq dələduzluq edilib.
“Report”un əldə etdiyi məlumata görə, paytaxt sakini Firuz Babayev Rafiq Abıyevə onun tanışının üzərində olan axtarış işinin götürülməsi vədini verib.
Daha sonra o, R.Abıyevi aldadaraq onun 15 min manat pulunu dələduzluq yolu ilə mənimsəyib.
Hadisə ilə bağlı R.Abıyev Suraxanı Rayon Polis İdarəsinə müraciət edib.
Araşdırılma nəticəsində zərəçəkmişə dəymiş ziyan ödətdirilib.