Bakıda 143 min manatlıq dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib

Bakıda 143 min manatlıq dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin Roza Abbasova barədə hökmü dəyişdirilmədən saxlanılıb
Hadisə
23 Noyabr , 2016 07:34
Bakıda 143 min manatlıq dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Roza Abbasova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.Abbasovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, R.Abbasova "Sədərək Ticarət Mərkəzi"ndə ticarətlə məşğul olub. O, birlikdə işlədiyi tanışlarının etibarından sui-istifadə edərək 143 min manat pul alıb. R.Abbasova vəd edib ki, Türkiyəyə gedərək onlara satmaq üçün mal gətirəcək. Amma mal gətirməyib və tanışlarından aldığı pulu qaytarmayıb. İş üzrə 15 nəfər zərərçəkən kimi tanınıb.

O, Cinayət Məcəlləsinin 178.3.2- ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittham olunub.

2016-cı ilin fevral ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçiləri apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi