Bakıda 14 yaşlı qızını boğaraq öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Bakıda 14 yaşlı qızını boğaraq öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib
Hadisə
10 Yanvar , 2017 12:15
Bakıda 14 yaşlı qızını boğaraq öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclsası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Z.Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Z.Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb.

Z.Cəfərova Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi