Bakıda 13 il əvvəl xaricdə qətl törətmiş şəxsin məhkəməsi keçirilib

Bakıda 13 il əvvəl xaricdə qətl törətmiş şəxsin məhkəməsi keçirilib Dövlət ittihamçısı onun 12 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib
Hadisə
7 Oktyabr , 2015 13:25
Bakıda 13 il əvvəl xaricdə qətl törətmiş şəxsin məhkəməsi keçirilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyasında qətl törətməkdə təqsirləndirilən İxtiyar Rüstəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, İ.Rüstəmovun 12 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmədə müdafiə tərəfinin vəkili çıxış etmək üçün vaxt istəyib. Məhkəmə prosesi oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2002-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskvada baş verib. İxtiyar Rüstəmov münaqişə zəminində qətl törədib və hadisə yerindən qaçıb. O, Azərbaycana gəlib və qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan şəxs kimi tutulub.

Son xəbərlər

Orphus sistemi