Bakıda itkin düşmüş uşaq tapılıb - YENİLƏNİB

Bakıda itkin düşmüş uşaq tapılıb - YENİLƏNİB "O, özündən yaşca böyük dostunun yanında olduğunu deyir"
Hadisə
4 Aprel , 2017 12:35
Bakıda itkin düşmüş uşaq tapılıb - YENİLƏNİB

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda itkin düşmüş 11 yaşlı Ağamir Nəcəfi tapılıb.

Bu barədə "Report"a onun anası Elnarə Məmmədova məlumat verib.

Hazırda uşaq valideynləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindədir: "Mən uşağın yanındayam. O, özündən yaşca böyük dostunun yanında olduğunu deyir. Amma həmin dostunu mən tanımıram. Əsas olan övladımın tapılmasıdır".

*** saat 11:16

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda 11 yaşlı uşaq itkin düşüb.

Bu barədə "Report"a onun anası Elnarə Məmmədova məlumat verib.

E.Məmmədovanın sözlərinə görə, paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Ağamir Nəcəfi dünən saat 14:00 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb: "Ağamir hadisədən əvvəl icazəsiz evdən çıxdığı üçün atası Abbas və mən onu danladıq. Bundan sonra o, yenə icazəsiz evdən çıxıb, lakin geri qayıtmayıb. Biz hələ də oğlumuzdan bir xəbər ala bilmirik".

Uşağı görənlərdən (050) 222 19 24 nömrəli telefona zəng vurmaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi