Bakıda 11 evdən 31 min manatlıq oğurluq edildi

Bakıda 11 evdən 31 min manatlıq oğurluq edildi Bakıda 11 evdə oğurluq hadisəsi qeydə alınıb.
Hadisə
3 Fevral , 2021 11:41
Bakıda 11 evdən 31 min manatlıq oğurluq edildi

Bakıda 11 evdə oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 11 evdən ümumilikdə 11 170 manat pul, 470 ABŞ dolları, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvəllər məhkum olunmuş S.Tağıyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi