Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda 11-ci sinif şagirdi oğurluq edib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 14-də günorta saatlarında Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Aysel Orucovanın məktəbli çantasından mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Mehriban Həmdəmova müəyyən olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.