Bakı. 20 iyun.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü elə E.Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Həşimova cinayət işi üzrə 10 zərərçəkmişin bəzilərini işə düzəltmək, digərlərindən isə əlillərin binasından ev alacağı adı ilə 100 min manatdan çox pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, E.Həşimova əvvəllər də dələduzluqda təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası azaldılıb və daha sonra aministiya ilə azadlığa çıxıb.