Bakıda 10 yaşlı uşağı piyada zolağında avtomobil vurdu

Bakıda 10 yaşlı uşağı piyada zolağında avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
349
14 May , 2021 02:18
Bakıda 10 yaşlı uşağı piyada zolağında avtomobil vurdu
google.az

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Məhəmmədi dairəsində, 2011-ci il təvəllüdlü Səfərli Rüqəyya Elməddin qızı piyadalar üçün nəzərdə tutulan zolaqdan keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona oturaq sümüyünün qapalı sınığı diaqnozu qoyulub, uşaq artıq şöbəyə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi